REGİONLAR


Horadiz şəhərində “Dəmir yumruq” sənədli filminin təqdimatı olub

Füzuli, 28 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Horadiz şəhərində Füzuli Dram Teatrının binasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra çıxışlarda şanlı tariximizin bir parçası olan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığından, xalqımızın bir yumruq kimi birləşməsindən bəhs olunub.

Şəhid anası Lətifə xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Daha sonra “Dəmir yumruq” filminə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.