REGİONLAR


Horadiz şəhərinin su təchizatı sistemləri yenidən qurulur VİDEO

Füzuli, 18 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Füzuli rayonunun Horadiz şəhərinin su təchizatı sistemləri yenidən qurulur. Yenidənqurma işləri Prezident İlham Əliyevin “Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2019-cu il mayın 6-da imzaladığı Sərəncama əsasən həyata keçirilir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mühəndisi Nahid Alıhümbətov AZƏRTAC-a müsahibəsində bildirib ki, Horadiz şəhərinin və ətraf kəndlərin su təchizatının yenidən qurulması layihəsi 2035-ci ilin perspektiv inkişaf planı nəzərə alınmaqla 21 min 900 nəfər sakinin su təminatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 76 kilometr uzunluğunda müxtəlif diametrli polietilen borulardan ibarət su şəbəkəsinin, 1 kilometr uzunluğunda magistral xəttin çəkilməsi, 5 subartezian quyusunun qazılması, 2 ədəd 1500 kubmetrlik su anbarının və 1 ədəd su nasos stansiyasının tikintisi, 4380 ədəd ev birləşməsinin verilməsi nəzərdə tutulur.

Hazırda layihənin birinci mərhələsi üzrə işlər həyata keçirilir. Birinci mərhələdə 3 subartezian quyusu qazılacaq, 1 ədəd 1500 kubmetrlik su anbarı, su nasos stansiyası inşa ediləcək, 1 kilometr magistral su kəməri, 20,3 kilometr içməli su şəbəkəsi çəkiləcək, 1000 ədəd ev birləşməsi veriləcəkdir. Artıq işlərin 20 faizi yekunlaşıb. Layihənin birinci mərhələsinin bu ilin sonunadək başa çatdırılması, 5 min nəfərin keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.