MƏDƏNİYYƏT


Hotellərdə növbəti monitorinq keçiriləcək

Bakı, 15 sentyabr, AZƏRTAC 

Sentyabrın 16-da pandemiya dövründə hotellərin fəaliyyətinin təşkili qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə növbəti monitorinq keçiriləcək.

AZƏRTAC xəbər verir ki, monitorinq prosesinin ictimaiyyətə çatdırılması üçün Dövlət Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda yerləşən 2 hotelə birgə mediatur təşkil ediləcək.

Tədbirdə hər iki qurumun Bakı şəhər idarələrinin rəhbər şəxsləri iştirak edəcək və media nümayəndələrinin suallarını cavablandıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.