İQTİSADİYYAT
Houlin Zhao: ""Bakutel"də çoxlu sayda startapın iştirakı kiçik və orta biznesin inkişafına böyük dəstəkdir" VİDEO
Bakı, 5 dekabr, Ramiz Quliyev, AZƏRTAC
"Bakutel"də çoxlu sayda startapın iştirakı kiçik və orta biznesin inkişafına böyük dəstəkdir. Mən "Bakutel" sərgisinə dəfələrlə gəlmişəm və hər dəfə də fərqli bir mənzərə görürəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao Xəzər və Qafqaz regionlarının ən böyük telekommunikasiya-informasiya texnologiyaları sərgisi - “Bakutel-2017”də jurnalistlərə müsahibəsində bildirib.
“Baku-2017”də daha çox dövlət qurumlarının təqdim etdikləri məhsulları gördüyünü deyən H.Zhao sərgidə 20 ölkədən 190-dan çox şirkətin iştirakını çox möhtəşəm bir hadisə kimi qiymətləndirib.
"Milli pavilyonların sayı da kifayət qədərdir. Azərbaycan Respublikasının seçdiyi strateji inkişaf planı çox möhtəşəmdir və İKT-nin də bu sahədə inkişaf etdirilməsi Qərbi Şərqlə, Avropanı isə Asiya ilə birləşdirilməsi layihələri öz bəhrəsini verəcək. Sözügedən layihələrin çox olması İKT-nin gələcəkdə daha sürətli inkişafına gətirib çıxaracaq", - deyə Houlin Zhao bildirib.
Baş katib qeyd edib ki, startapların sərgidə iştirakının çoxluq təşkil etməsi kiçik və orta biznesin inkişafına böyük dəstəkdir.
Onun sözlərinə görə, kiber təhlükəsizlik məsələlərinə də diqqət yetirmək lazımdır. Bu, rəqəmsal elektron iqtisadiyyata keçid dövründə xüsusi aktuallıq kəsb edir və eyni zamanda hər bir vətəndaşın təhlükəsizliyi deməkdir. Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığını biz yüksək qiymətləndiririk.