İQTİSADİYYAT
“Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəminin gövdəsinin yararsız mexanizmləri dəyişdirilib, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da sazlanıb.
Həmçinin işçi heyətin kayutları, sanitar qovşaqları və yeməkxana tamamilə yenilənib, gəminin baş və köməkçi mühərrikləri, nasosları, separatorları, boru sistemlərinin yüksək keyfiyyətdə təmiri həyata keçirilib.
Bütün bu proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Registr yoxlanışından keçəndən sonra gəmi yenidən istismara qaytarılacaq.
Xatırladaq ki, sözügedən liman yedək gəmisinin uzunluğu 29,3, eni 8,3 metrdir. Gəmi 1600 at gücünə malik mühərriklə təchiz olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]