İDMAN


Hövsan Olimpiya Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə paytaxt və bölgələrdən 300 idmançı iştirak edib.

İdmançılardan 280-ni həvəskar, 20-si isə peşəkar döyüşçü olub.

Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-Fu Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.