CƏMİYYƏT


Hövsan, Şıx və Türkan çimərliklərindən istifadə qadağan olunub

Bakı, 16 iyun, AZƏRTAC

Vətəndaşların Abşeron yarımadasında, Xəzər və Binəqədi rayonlarının ərazisində olan çimərliklərdən istifadəsi məqsədəuyğundur.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Çimərliklər” mövzusundakı çıxışı zamanı bildirib.

Nazirlik rəsmisinin məlumatına əsasən, Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılması dənizinin çirklənməsinə səbəb olur: “Məsələn, Qaradağ rayonunda Sahil zonası, Hövsan, Şıx və Türkan çimərliklərindən götürülən bakterioloji nümunələr standartlara uyğun gəlməyib. Beləliklə, baş dövlət sanitariya həkiminin qərarına əsasən, bu çimərliklərdən istifadə qadağan olunub”.

Ziyəddin Kazımov xatırladıb ki, vətəndaşların çimərliklərdə koronavirus infeksiyasından qorunmaları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci ildə qəbul etdiyi qaydalar hələ də qüvvədədir: “Çimərlikdə olan zaman vətəndaşlar sosial məsafənin qorunmasına, dezinfeksiyaedici məhlullardan istifadəyə riayət etməlidirlər. Qadağan olunmuş çimərliklərdən istifadə zamanı kəskin mədə-bağırsaq xəstəliklərinin yayılması istisna edilmir. Ümumiyyətlə, dəniz suyunda bağırsaq çöplərinin çox olması bizi narahat edən səbəblərdəndir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.