İQTİSADİYYAT


Hövsan Yaşayış Kompleksində 224 ailə güzəştli mənzilə sahib olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində bu il iyunun 30-da və iyulun 3-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə ediblər.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.