CƏMİYYƏT


Hövsan qəsəbəsində dəfn mərasimində iştirak edən şəxslər saxlanılıb

Bakı, 4 iyul, AZƏRTAC 

Xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarə əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qəsəbədə M.Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət ediliblər. Onların barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmin şəxslərlə aparılan profilaktik və izahedici söhbətlər zamanı diqqətə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.

Onlar əməllərindən peşman olduqlarını bildiriblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada məsuliyyətə cəlb olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.