CƏMİYYƏT


Hövsan qəsəbəsində məişət tullantılarının atıldığı açıq ərazidə yanğın baş verib

Bakı, 22 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.