CƏMİYYƏT


Hövsan su kanalına çirkab suları, yaşayış massivinə isə məişət tullantıları boşaldan sürücülər barəsində protokollar tərtib olunub

Bakı, 30 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 27-də keçirilən növbəti belə tədbirlər zamanı Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində “QAZ-52” markalı avtomobillə Hövsan su kanalına çirkab suların boşaldılması, Sabunçu rayonunun Maştağa qəsəbəsi Savalan yaşayış massivindəki əraziyə isə “Ford Cargo” markalı iki avtomobillə məişət tullantılarının boşaldılması və qalaqlanması faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 266.1-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə həmin avtomobillərin sürücüləri Ş.Əliyev, F.Kərimov və E.Quliyev barəsində inzibati protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.