DÜNYA


“Huawei 5G” 2027-ci ilə qədər Böyük Britaniyadan tamamilə çıxarılacaq

London, 15 iyul , AZƏRTAC

“Huawei 5G” dəsti 2027-ci ilə qədər Böyük Britaniyadan tamamilə çıxarılacaq. Ölkənin mobil provayderlərinə yeni “Huawei 5G” avadanlığı almağa qadağa qoyulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkənin Rəqəmsal media və mədəniyyət üzrə Dövlət katibi Oliver Dovdın deyib. Onun sözlərinə görə, bu səbəbdən də 5G yayımı bir ilə qədər təxirə salınır.

O, firmanın Britaniya üçün təhlükə yarada biləcəyini söyləyib.

Katib bu qərara gəlməyin asan olmadığını, amma Böyük Britaniyanın telekommunikasiya şəbəkələri üçün milli təhlükəsizliyin önəmli olduğunu bildirib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.