DÜNYA


“Huawei” İtaliyaya 3 milyard avrodan çox sərmayə yatırmaq niyyətindədir

Roma, 16 iyul, AZƏRTAC

Çinin nəhəng telekommunikasiya şirkəti “Huawei” qarşıdakı 3 ildə İtaliyaya 3,1 milyard avro sərmayə yatırmaqla 1000-dək iş yeri yaratmaq niyyətindədir.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin İtaliyadakı nümayəndəliyinin rəhbəri Tomas Miao bildirib.

“İtaliyada "Golden Power" 5G texnologiyasının tətbiqi üçün şəffaf, səmərəli və ədalətli qaydalar məqsədəuyğundur. Hazırda bu, yalnız qeyri-Avropa tədarükçülərinə aiddir. Lakin bu, hər kəsə yönəldilməlidir. Çünki texnologiya neytraldır və geosiyasi məsələlərlə əlaqəli deyil”, - deyə o bildirib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.