DÜNYA


“Huawei” Polşada kibertəhlükəsizlik mərkəzi tikməyi təklif edir

Vaşinqton, 6 fevral, AZƏRTAC

Çinin “Huawei” şirkəti Polşada kibertəhlükəsizlik mərkəzi tikməyi təklif edib. Ötən ay Çin telekommunikasiya şirkətinin əməkdaşı ilə Polşa təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı casusluq ittihamı ilə həbs olunub.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 6-da “Huawei” şirkətinin Polşa nümayəndəliyinin başçısı Tonni Bao mətbuat konfransında bildirib.

Polşa hökuməti özünün gələcək 5G şəbəkəsi üçün «Huawei” avadanlığından imtina etmək niyyətindədir. O ehtiyat edir ki, “Huawei”n texnologiyası dövlət üçün təhlükəli sistemlərlə təchiz edilib.

“Huawei”n ictimaiyyətlə əlaqələr üzrə regional direktoru Ostin Çjan bildirib ki, Polşa hökumətinin Çin firmasını 5G şəbəkəsinin inkişafı prosesindən kənarlaşdırmağa heç bir əsası yoxdur. O deyib: “Əgər bu baş versə, biz Polşada biznesimizi və nüfuzumuzu müdafiə etmək üçün hər cür səy göstərəcəyik”.

Polşada həbs edilən “Huawei” əməkdaşı Çin vətəndaşıdır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.