DÜNYA


“Huawei” dünyada smartfon satışının həcminə görə “Apple”ı qabaqlayıb

Bakı, 1 avqust, AZƏRTAC

"Canalys" analitik firmasının məlumatına görə, Çinin "Huawei Technologies" şirkəti 2018-ci ilin ikinci rübündə smartfonların satış həcminə görə "Apple"ı geridə qoyaraq ikinci olub.

AZƏRTAC "ria.ru" saytına istinadla xəbər verir ki, cari ilin ikinci rübündə "Huawei" şirkəti 54 milyon telefon satıb ki, bu da ötən illə müqayisədə 41 faiz daha yüksək göstəricidir. Şirkət "Huawei P20" adlı qabaqcıl smartfonunun populyarlığı sayəsində belə nəticə əldə edib.

Digər səbəb kimi şirkətin strategiyasında edilmiş dəyişiklik, xarici bazarlara çıxışı qeyd etmək olar.

2018-ci ilin ikinci rübündə "Samsung Electronics" şirkəti 73 milyon telefon satıb ki, bu da 2017-ci illə müqayisədə 8 faiz azdır. "Apple" ikinci rübdə 41 milyon smartfon sataraq reytinqdə üçüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.