REGİONLAR


“Huawei” ən son qabaqcıl texnologiyalarını Qarabağda tətbiq edəcək

Bakı, 27 aprel, AZƏRTAC

Qarabağda yenidən qurulacaq ərazilərdə “Huawei” şirkətinin rəqəmsal texnologiyasından istifadə ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyevin Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsində iştirak edəcək şirkətlərin nümayəndələri ilə videoformatda keçirilən söhbətində “Huawei-Azərbaycan” şirkətinin baş meneceri deyib.

Böyük zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik edən şirkətin baş meneceri qeyd edib ki, “Huawei” ən son qabaqcıl texnologiyaları Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırdır: “Aparıcı “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və bizim 100-dən çox qlobal layihəmiz mövcuddur. Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik”.

Baş menecer əlavə edib ki, “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.