DÜNYA


“Huawei” şirkətinin fabrikində baş verən yanğında 3 nəfər ölüb VİDEO

Pekin, 26 sentyabr, AZƏRTAC

Çinin iri telekommunikasiya şirkəti olan “Huawei”in Donquan şəhərindəki fabrikində baş verən yanğında 3 nəfər ölüb.

AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, hadisə ötən gün fabrikin ərazisində inşası davam edən binada baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Bir neçə saat sonra yanğın nəzarət altına alınıb. Hadisə yerindən tapılan meyitlər şirkətin əmlakın idarəedilməsi departamentinin əməkdaşlarına məxsusdur.

Hələlik yanğının səbəbi məlum deyil.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.