DÜNYA


“Huawei” şirkətinin maliyyə direktorunun həbsi “Nikkey” indeksinin enməsinə səbəb olub

Tokio, 6 dekabr, AZƏRTAC 

Çinin “Huawei” şirkətinin maliyyə direktorunun həbsi barədə xəbər Tokio Fond Birjasında (TFB) səhmlərin enməsinə səbəb olub. Bu xəbər ABŞ ilə Çin arasında ticarət müharibəsinin kəskinləşməsi barədə narahatlıq yaradıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 6-da hərracların müəyyən anında “Nikkey” indeksi 600 bənddən çox itirib.

Bu gün hərracların sonunda bu aparıcı indeks 21501 səviyyəsində qərarlaşıb ki, bu da oktyabrın sonlarından bəri ən aşağı həddir. Günün sonuna “Nikkey” indeksi 417 bənd və ya 1,9 faiz aşağı düşüb.

Eyni zamanda, Asiya-Sakit okean regionunun digər birjalarında kotirovkaların enişi də Tokioda investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərib.

TFB-də bütün sektorlarda hərraclar minusla başa çatıb. Yarımkeçiricilərin istehsalçıları və digər texniki şirkətlər onların məhsullarına tələbatın azalması fonunda itkilərlə qarşılaşıblar. Eyni zamanda, Çin ilə biznesi olan tikinti texnikası istehsalçılarının da səhmlərinin qiyməti aşağı düşüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.