İQTİSADİYYAT


“Huawei” şirkətinin vitse-prezidenti: Tezliklə Bakıda 5G şəbəkəsi tətbiq olunacaq

Bakı, 23 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC 

“Huawei” şirkəti 5G texnologiyaları sahəsinin texnoloji inkişafında lider olaraq qalır. Bu sahədə yeganə təhcizatçı olaraq “Huawei” şirkəti tərəfindən 60-dan çox kommersiya müqaviləsi imzalanıb və 400 mindən çox modul tipli qurğular istehsal edilib. Tezliklə Bakıda da 5G şəbəkəsi tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Sai Vu oktyabrın 23-də Heydər Əliyev Mərkəzində keçirilən “Eurasia Innovation Day”də deyib.

S.Vu deyib ki, bu gün Bakıda keçirilən üçüncü “Eurasia Innovation Day” tədbiri “Huawei” ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir. Burada 200-dən çox iştirakçı var. “Eurasia Innovation Day” İKT sahəsi ilə bağlı vacib müzakirələrin aparılması üçün mühüm platformadır: “Huawei” şirkəti artıq 17 ildir Azərbaycanda fəaliyyət göstərir. Əsasən tədqiqat işlərinə investisiya yatırmağı hədəfləyən “Huawei” açıq innovasiyalar kursuna riayət edir. 2019-cu ildə “Huawei” dünyanın 500 ən iri şirkəti arasında 61-ci yerdə qərarlaşıb. 32 il ərzində balaca şirkətdən böyük korporasiyaya çevrilmək üçün çoxsaylı səylər nəticəsində “Huawei” bu nailiyyəti əldə edib. Ancaq müvəffəqiyyətin açarı uzun müddət tədqiqat və inkişafa yatırılan sərmayə qoyuluşu oldu. “Huawei” texnoloji innovasiyalara və elmi araşdırmalara böyük önəm verir”.

Vitse-prezident qeyd edib ki, “Huawei” şirkəti mütəmadi olaraq hər il əlaçı tələbələrin Çində rəsmi ofisdə təcrübə keçməsinə şərait yaradır: “Bu layihələrdən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram layihəsidir. Gələcəkdə də bu cür layihələrin davamı olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.