DÜNYA


“Huawei” smartfonlar üçün yeni əməliyyat sistemini təqdim edib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Çinin “Huawei” telekommunikasiya kompaniyası smartfonlar üçün hazırladığı (ОС) Harmony 2.0 əməliyyat sisteminin təqdimatını keçirib.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, təqdimat mərasimi kompaniyanın saytında canlı yayımlanıb.

Bundan öncə kompaniya tərəfindən hazırlanan əməliyyat sistemi ağıllı televizorlarda və aksesuarlarda istifadə edilirdi.

“Harmony OS” əməliyyat sistemini hələ 2019-cu ilin avqustunda təqdim edən “Huawei” onun “Android” əməliyyat sistemini əvəz edə biləcəyini bildirmişdi. Kompaniya 2021-ci ilin sonuna qədər bu sistemlə təchiz edilmiş cihazlarının sayının 300 milyon ədədə çatdırmağı proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.