SİYASƏT


Hulusi Akar: “İki dövlət, bir millət, bir ordu!” anlayışı ilə Azərbaycanın yanındayıq VİDEO

Hulusi Akar: “İki dövlət, bir millət, bir ordu!” anlayışı ilə Azərbaycanın yanındayıq VİDEO

Ankara, 24 dekabr, AZƏRTAC

Can Azərbaycan otuz il işğal altında saxlanılan öz torpaqlarını 44 günlük “Tək Vətən hərəkatı” ilə Ermənistanın işğalından azad etmişdir. Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim və təhsil fəaliyyətlərində iştirak edir. İşğaldan azad edilən Azərbaycan bölgələrinin minalardan təmizlənməsi davam etdirilir. Bu çərçivədə 12 min nəfərlik heyətə təlim keçirilib, 4 min 500 partlayıcı aşkarlanıb, həmçinin 284 kvadrat kilometr ərazini minalardan təmizləmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə milli müdafiə naziri Hulusi Akar cari ilin yekunları ilə bağlı Ankarada keçirdiyi mətbuat konfransında ifadə edib.

Türkiyənin Qafqaz bölgəsinin də sahibliyinə önəm verdiyini, bölgədə sülhün yaranmasına ciddi səylər göstərdiyini və bu çərçivədə həftə içində (dekabrın 21-də) Kayseridə Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri ilə önəmli rola malik birgə toplantı keçirdiklərini xatırladan müdafiə naziri Hulusi Akar deyib: “İki dövlət, bir millət, bir ordu!” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz Azərbaycan türklərinin haqlı yolunda bundan sonra da yanında olmağa davam edəcəyik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.