DÜNYA


Hulusi Akar: Suriyanın sərhədboyu təhlükəsizlik zonası Türkiyə hərbi qüvvələrinin nəzarətində olmalıdır

Ankara, 15 fevral, AZƏRTAC

Suriya ərazisində Türkiyənin dövlət sərhədi boyunca təmin olunacaq təhlükəsizlik zonası bütün bölgə üçün əhəmiyyətlidir. Bu zonaya koalisiya qüvvələri yox, Türkiyənin hərbi birlikləri nəzarət etməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Almaniyada keçirilən Münxen Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan toplantıda deyib. ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın müdafiə nazirlərinin iştirakı ilə keçirilən həmin toplantıda çıxış edən H. Akar diqqətə çatdırıb ki, Türkiyənin Silahlı Qüvvələri “Zeytun budağı” və “Firat qalxanı” antiterror əməliyyatları nəticəsində bölgədə üç mindən yuxarı İŞİD terrorçusunu zərəsizləşdirib.

Türkiyəli nazir söyləyib ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması ilə bölgədəki boş ərazi digər terrorçu təşkilatların nəzarətinə keçməməlidir. Tələb olunan təhlükəsizlik zonası isə təkcə Türkiyə üçün deyil, eyni zamanda, öz yurd-yuvasına dönmək istəyən suriyalıların rahatlığı üçün də vacibdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.