SİYASƏT


Hulusi Akar: Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var

Qəbələ, 12 iyun, AZƏRTAC 

Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var. Qarşıdakı dövrdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar deyib.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar qeyd edib ki, üç ölkənin birgə çalışması böyük önəm kəsb edir. Müdafiə sahəsində imzalanan əməkdaşlıq memorandumunun çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik.

Bu gün keçirilən görüşdə tərəflərin mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə etdiklərini deyən H.Akar bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı çox önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.