DÜNYA


Hulusi Akar: Türkiyə sərhədlərində respublika tarixinin ən intensiv tədbirləri həyata keçirilir

İstanbul, 7 may, AZƏRTAC

“Pəncə-Kilit” əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir. Türk əsgəri sərt hava və ərazi şəraitində terrorçularla mübarizə aparır. Əməliyyatlar başladığı gündən indiyədək 73 terrorçu zərərsizləşdirilib. Onlara məxsus 102 mağara və sığınacaq dağıdılıb, kustar üsulla hazırlanmış 524 partlayıcı məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türk millətini 40 ildən bəri qarşılaşdığı terrordan xilas etmək əzmində olduqlarını vurğulayan nazir terrorçular arasında ciddi qorxu və təşvişin hökm sürdüyünü, terror təşkilatında dağılma əlamətlərinin olduğunu deyib.

Bu ilin əvvəlindən Türkiyə sərhədlərində 2065 nəfərin tutulduğunu, 132 min 473 nəfərin isə ölkəyə girişinin qarşısının alındığını deyən nazir Akar hazırda ölkə sərhədlərində əsgər sayı, avadanlıq və texnika baxımından respublika tarixinin ən intensiv tədbirlərinin həyata keçirildiyini vurğulayıb.

2011-ci ilin martından bəri Suriyada davam edən daxili münaqişələrdə bir milyondan çox suriyalının həyatını itirdiyini bildirən nazir yeddi milyondan çox insanın evlərini və torpaqlarını tərk etmək məcburiyyətində qaldığını deyib. Bildirib ki, hazırda bu insanlar öz torpaqlarına dönməyə başlayıblar. Türkiyə Silahlı Qüvvələri tərəfindən terror və terrorçulardan təmizlənən bölgələrdə təxminən beş milyon suriyalı var. Əvvəllər Türkiyədə 4 milyona yaxın suriyalı var idi. İndi bu rəqəm təxminən 3 milyon 700 minə enib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.