DÜNYA


Hulusi Akar: Türkiyənin Aralıq dənizinin şərqində hüquqlarının və maraqlarının qorunması üçün lazımi tədbirlər görülüb

İstanbul, 11 avqust, AZƏRTAC

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Aralıq dənizinin şərqində ölkəsinin hüquqlarının və maraqlarının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, nazir Baş Qərargahın zabitləri, bölgədəki hərbi birləşmələrin və bölmələrin komandirləri ilə keçirdiyi videokonfransda Aralıq dənizinin şərqində - Kipr adası sahillərində seysmik araşdırmalar aparacaq Türkiyənin “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisi ilə bağlı açıqlama verib. Diqqətə çatdırıb ki, Türkiyə beynəlxalq hüquqa söykənən haqq və maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görüb.

Ölkəsinin terrorizmə qarşı mübarizəsindən danışan Hulusi Akar bildirib ki, sonuncu terrorçu zərərsizləşdirilənədək bu mübarizə davam etdiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.