DÜNYA


Hulusi Akar: Ukrayna limanlarından daşınan qida məhsullarının miqdarı beş milyon tonu keçib

İstanbul, 28 sentyabr, AZƏRTAC

İki ay ərzində Ukrayna limanlarından 200-dən artıq gəmi hərəkət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edilib ki, bu gəmilərlə daşınan taxıl və ona bənzər qida məhsullarının miqdarı beş milyon tonu keçib. Bundan əlavə bu gün taxıl yüklü daha beş gəmi Ukraynadan yola çıxıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.