MƏDƏNİYYƏT
“Human” insan dünyasının dərinliklərinə dalan hekayədir
Bakı, 20 aprel, AZƏRTAC
Mayın 6-da “Fairmont Baku” otelində fransalı rejissor Yan Artüs Bertranın “Human” adlı sənədli filmi təqdim olunacaq.
Fransanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində nümayiş ediləcək ekran əsəri ingilis dilində subtitrlər vasitəsilə izləniləcək.
“Human” insan anlayışının ən dərinliklərinə dalan hekayə və şəkillər toplusudur. Film insanı sevgi, xoşbəxtlik, eləcə də nifrət və zorakılıq hekayələri vasitəsilə “başqası” ilə üzləşdirir və insanın şəxsi həyatına nəzər salmağa dəvət edir.
Ən kiçik məişət hekayəsindən tutmuş qeyri-adi həyat təcrübəsinə qədər, nadir səmimiyyətə malik bu iztirablı qarşılaşmalar fərdin kim olduğunu, ən qaranlıq, ən gözəl və ən bəşəri tərəfini vurğulayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]