Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva

Bakı, 19 sentyabr, AZƏRTAC

Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır. Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqovun “Humanist ruhlu pedaqoq və alim” sərlövhəli məqaləsində Rəfiqə Əliyevanın kimya elminin inkişafına verdiyi töhfələrdən, zəngin pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

İnsanın həyatda qazandığı əsl zənginlik özü haqqında yaddaşlarda oyatdığı xoş təəssüratlar, xatirələrdir. Onun cismani yoxluğundan sonra belə xatirələri canlandırmaq, mənalandırmaq – ruhuna ehtiram etmək deməkdir. Yaddaşlarda silinməz iz qoyan belə insanlardan biri də sentyabrın 20-də doğum günü qeyd olunan humanist ruhlu pedaqoq və alim Rəfiqə Əliyevadır. Artıq iki ildir ki, Rəfiqə xanım aramızda yoxdur.

Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin abidələşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır.

Ömrünü analitik kimya elminin inkişafına və bu sahədə gənc alim nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın yüksəkixtisaslı kadrlar hazırlanmasında böyük xidmətləri olub. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək, böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.

Akademik Rəfiqə Əliyeva ekoloji kimya və analitik kimya sahəsində aparılan elmi tədqiqat işlərinə rəhbərlik edirdi. Bu tədqiqatları inkişaf etdirmək üçün o, 2001-ci ildə Bakı Dövlət Universitetində “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” Elmi-tədqiqat laboratoriyasını yaratdı. Bu laboratoriya onun rəhbərliyi altında ekoloji tədqiqatlar baxımından ölkədə ən qabaqcıl elm mərkəzinə çevrildi və ekologiyanın aktual problemləri istiqamətində işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına töhfələr verdi.

Əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın həyat tarixçəsinə nəzər salaq. O, 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951-1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olunub. 1964-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasında işləyib və assistentdən başlayaraq baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyası, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.

Ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olan “Əsrin müqaviləsi”ndən sonra respublikamızda neftçıxarma, eləcə də neft emalı sahəsi sürətli inkişaf yoluna qədəm qoydu. Belə bir vaxtda ətraf mühitə nəzarət, ekoloji tarazlığın qorunması gündəmdə olan məsələlərdən biri idi. Rəfiqə xanımın rəhbərlik etdiyi laboratoriyada radioaktiv və ağır metalların ayrılması və təyini üçün yeni metodlar işlənib hazırlanıb. Bu metodikalar neft çıxarılan zaman ətraf mühitə axıdılan tullantı suların və atılan bərk tullantıların analizi və həmin elementlərin onların tərkibindən ayrılması üçün tətbiq olunub. Tədqiqat nəticəsində bu tullantıların ətraf mühitə təsiri müəyyən edilib.

Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilib. Bunun nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət əldə edib.

Rəfiqə xanımın əsərləri, tələbələri və ailə üzvləri Azərbaycan cəmiyyətində özlərini təsdiqləyiblər. O, cəmiyyət üçün layiqli övladlar böyüdən ana və qayğıkeş nənə idi. Rəfiqə xanım yada düşəndə xatirələrimizdə son dərəcə mədəni, sadə, mərd insan canlanır. Gözəl ana, tanınmış ictimai xadim, pedaqoq, alim və ən əsası əsl Azərbaycan xanımı – Rəfiqə Əliyevanın həyatı bir çox qadınlara örnəkdir. Müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olan Rəfiqə xanım Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi. O, öz həyatı və fəaliyyəti ilə sübut etdi ki, qadınlar həm elmlə məşğul ola bilər, həm də sağlam ailə qura və layiqli övladlar yetişdirə bilərlər.

Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə analitik kimya sahəsində görülən elmi işlər həmişə xüsusi maraq kəsb edib. Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib.

O, ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyənləşdirib, liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında ümumi komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb. Təcrübi nəticələrə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə olunan üçüncü komponent metala koordinasiya edərsə, kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Akademikin bu sahədə apardığı elmi tədqiqat işləri çoxillik təcrübəyə malik tanınmış alimlərin diqqətini cəlb edib.

Akademikin pedaqoji fəaliyyəti də yüksək dəyərləndirilirdi. O, tələbələrin sevimli müəllimi idi. Tələbələrinin hər bir problemi ilə maraqlanar, qabiliyyətli tələbələri elmi işə cəlb edərdi. Rəhbəri olduğu laboratoriyaya yüksək elmi potensiala malik tələbələri toplamışdı.

Rəfiqə Əliyeva ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən Beynəlxalq simpozium və konfransların iştirakçısı olub. O, 500-ə yaxın elmi məqalə, 2 monoqrafiya, 25 dərs vəsaiti, 3 tərcümə kitabı, 20 patentin müəllifidir. Onun rəhbərliyi altında 20 fəlsəfə elmləri doktoru və 2 doktorluq dissertasiyası müdafiə edilib. Rəfiqə xanımın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (2 cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə olunub. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafına güclü təsir göstərib. Akademik Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq Analitik kimyadan Azərbaycan-rus-ingilis terminlər lüğəti çap edilib. Bu lüğət kimyaçı alimlərin stolüstü kitabıdır.

Onun tərəfindən biologiya fakültələri üçün hazırlanan “Analitik kimya” dərsliyi dilinin sadəliyi ilə müəllim və tələbələrin böyük marağına səbəb olub. Eyni zamanda, akademikin həmmüəllifliyi ilə iki hissədən ibarət “Neft-kimya sənayesində istifadə olunan kimyəvi analiz metodları” kitabı nəşr edilib. İlk dəfə olaraq neft sənayesinin laboratoriyaları üçün nəşr edilən bu kitablarda neft-kimya sənayesində istehsal prosesində və ətraf mühitin qorunmasında lazım olan ən vacib analiz metodlarına geniş yer ayrılıb.

Rəfiqə xanım Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin və kimya fakültəsinin elmi şuralarının üzvü olub. 2018-ci il sentyabrın 6-da “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası ölkəmizin tanınmış ictimai xadimi, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordeni laureatı, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyevanın adının əbədiləşdirilməsi məqsədilə “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.

Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib