Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Humanitar Forum çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilib YENİLƏNİB 3 VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilib.

Sessiyada Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, yerli və xarici KİV-lərin rəhbərləri, tədqiqatçılar, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ekspertlər iştirak edirlər. Sessiyanın işinə 21 ölkədən nümayəndə, 14 xarici media rəhbəri qatılıb.

İki hissədən ibarət sessiyanın AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinlənilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqları salamlayaraq bildirib ki, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu ən aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal bir platformadır: “Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaranan Forum indi dünyanın hər yerindən alimlərin, ictimai xadimlərin, ekspertlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin toplaşdığı bir məkandır. Forumun məqsədi texnoloji əsrdə bəşəriyyətin qarşısında duran qlobal məsələlərin müzakirə edilməsi üçün dünyanın parlaq beyinlərini bir araya toplayaraq nüfuzlu beynəlxalq platforma yaratmaq idi. Artıq altıncı Forumun baş tutması bu məqsədə uğurla nail olunduğunu deməyə əsas verir”.

Sessiyanın mövzusuna toxunan Aslan Aslanov qeyd edib ki, müasir dövrdə yalan xəbərlər siyasi proseslərin gedişatını dəyişdirmək gücünə malikdir. Bunu nümayiş etdirən kifayət qədər misallar çəkmək olar. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ölkəmiz haqqında daim yalan xəbərlər yayır, münaqişənin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini çaşdıran məlumatlar tirajlayır. İşğal faktını ört-basdır etmək üçün erməni informasiya mənbələri buna azadlıq müharibəsi adı verirlər. Amma sözsüz ki, onların bu cəhdləri heç bir fayda vermir. Çünki artıq bütün dünya həqiqəti çox yaxşı bilir.

Jurnalistika indi çox mürəkkəb dəyişikliklərdən keçir, deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, hazırda jurnalistika qarşısında çeviklik və düşünülmüş addımlar tələb edən çağırışlar dayanır. “Əvvəllər də yalan informasiyalar var idi. Lakin indi onun formaları və yayılma sürəti elə dəyişib ki, hərdənbir media qurumu kimi biz özümüzü də qorumalı oluruq. Sosial şəbəkələr informasiya məkanını çox dəyişdi. Bizə xəbərlərimizi auditoriyaya rahat və operativ çatdırmaqla yanaşı, bizi həm də yeni problemlərlə üz-üzə qoydu. Feyk xəbərlər problemi də onlardan biri və hətta daha təhlükəlisidir”, - deyə A.Aslanov bildirib.

Yalan xəbərlərin sosial bəla olduğunu deyən Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu problemin bütün dünyanı əhatə etdiyini söyləyib. O vurğulayıb ki, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lər sıx birləşməli, daha çox düzgün informasiya yaymağa çalışmalıdır.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev çıxışında bildirib ki, informasiya müharibəsinin məqsədi dünyanın mənzərəsini və təsir obyektinin məqsədlərini dəyişməkdir. Bu halda əlyetərli kommunikasiya kanallarından istifadə edilməklə mənbə üçün zəruri ictimai rəy yaradan informasiya translyasiya edilir.

Rusiyalı deputat qeyd edib ki, tarixdə informasiya müharibələri aparılması nümunələri çoxdur. Bu nümunələri diqqətlə öyrənmək və onlardan dərs almaq lazımdır. Dmitri Savelyev deyib: “2016-cı ilin aprelində Qarabağ münaqişəsi kəskinləşən dövrdə buna çox oxşar vəziyyət yaranmışdı. O vaxt Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gürcüstanda separatçıların etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparır, Ermənistanın xeyrinə təhrif olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı”.

Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərb KİV-ləri ilə ciddi iş aparırdı. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı. Vəziyyəti dəyişmək və dünya birliyinə obyektiv informasiyanı çatdırmaq üçün xeyli vaxt və qüvvə sərf etmək tələb olunurdu. Bu faktlar göstərir ki, “qaynar” münaqişələr informasiya hücumları ilə müşayiət olunanda kütləvi informasiya vasitələri ilə işin operativ təşkil edilməsi çox vacibdir.

Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi qeyd edib ki, feyk xəbərlərlə mübarizədə informasiya agentliklərinin böyük rolu var. Lakin bunun üçün agentliklər daim inkişafda olmalı və yalan məlumatlar yayan resurslardan bir addım irəlidə getməlidir.

“Yalan informasiya aldadıcı, müəyyən maraqlara xidmət üçün istifadə olunur. Feyk xəbər insanların həyatına və hətta dövlətlərin işinə təhlükə yaradır. Müasir dövrdə KİV-lərə etibar azaldıqca xəbər standartları da aşağı düşür. Yalan xəbərlərin yayılmasında videolardan da istifadə olunur. Onların qarşısının alınmasında xəbər agentliklərinin çox vacib rolu var”, - deyə baş direktor bildirib.

Aleksandru Giboi deyib ki, yalan məlumatların qarşısını almaq üçün məlumatın açıqlığından istifadə etmək, auditoriyanı feyk xəbəri necə ayırd etməyi öyrətmək lazımdır.

Estoniya parlamentinin sədr müavini Kaale Laanet qeyd edib ki, insanlar yalanı doğrudan ayırmağı bacarmalıdır. O deyib: “Qarşımızda belə bir sual yaranır ki, biz bu cür informasiyaları bloklamalıyıqmı? Senzura tətbiq etməliyikmi? Demokratik cəmiyyətdə bu, mümkün deyil. Biz çox sayda düzgün informasiya yaymalıyıq ki, feyk xəbər görünməsin. Bunun üçün böyük resurslar lazımdır, həm insani, həm də maliyyə”.

Kaale Laanet əlavə edib ki, yalan xəbərləri təkzib etmək olar. Lakin birinci xəbər düz və ya yalan olmasından asılı olmayaraq daha təsirlidir. Onu təkzib etmək səmərə vermir, əksinə, o xəbəri daha da aktuallaşdırır. Ən yaxşısı özümüzə aid olan xəbəri yaymaqdır. Öz baxışımızı əks etdirməkdir.

İranın İRNA agentliyinin baş direktoru Seyid Ziya Haşemi onlayn media ilə yanaşı, sosial şəbəkələrin də fərqli özəllikləri olduğunu söyləyib. Birinci özəllik ondan ibarətdir ki, onlar hər yerdə əlçatandır. Burada xəbərlər qısalığı və sürətlə yayılması ilə seçilir. Lakin sosial şəbəkələrin digər tərəfi isə orada əsasən sensasiya üçün istifadə edilməsi, obyektiv xəbərlərə az yer verilməsi ilə bağlıdır.

“Yalan istənilən doğru xəbərdən qat-qat sürətlə yayılır”, - deyən Seyid Ziya Haşemi bunun tez bir zamanda siyasi çaxnaşmalar və hətta böhranlar yarada biləcəyini söyləyib. Buna görə də insanlara hələ aşağı yaşlardan yalan və doğru informasiyaları ayırd etməyi öyrətmək lazımdır. İranda artıq bu təcrübədən istifadə olunmağa başlanılıb.

Sosial şəbəkələrin fəaliyyəti, onların əhatə dairəsinin genişlənməsi məsələlərinə toxunan ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva Facebook-un insanlara xəbər çatdırılmasında daha geniş imkanlara malik olduğunu deyib. Sosial media hər kəsə istənilən xəbəri istənilən vaxt oxumaq imkanları yaradır. Ənənəvi media öz xəbərlərini yaymaq üçün bu imkanlardan geniş istifadə edir. Məsələn, AZƏRTAC-ın informasiya məhsullarına sosial şəbəkələrdə hər ay 4-5 milyona yaxın baxış olur. Agentlik gün ərzində sosial mediada baxış üçün münasib olan 50-60 video istehsal edir. Onun auditoriyasının böyük hissəsini 25-34 yaşarası şəxslər təşkil edir.

ADA Universitetində bu istiqamətdə geniş işlər aparıldığını söyləyən Şəfəq Mehrəliyeva “ASAN Radio” ilə birgə radioproqram hazırlandığını deyib. Burada biz universitetdəki Mükəmməllik Mərkəzindəki akademik təlimləri Avropa-Azərbaycan əlaqələri haqqında ictimaiyyəti məlumatlandıran birhəftəlik informasiya axınına çeviririk. ADA Universitetində media ilə bağlı təlimlərə xüsusi diqqət ayrılır. Media və kommunikasiya fakültəsində biz tələbələrə internetdən istifadə, informasiyanın düzgün istehlakı, etik qaydalar, jurnalistika ənənələri kimi məsələləri öyrədirik.

“Belarus Seqodnya” media holdinqinin baş direktoru Dmitri Juk bildirib ki, XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyətin üzərinə yeriyən yalan informasiya axını “dürüst xəbər”, “jurnalistika etikası kodeksi” kimi anlayışların dəyişməsinə səbəb olub. Son vaxtlar kimi jurnalist saymaq olar bilinmir. Hər kəs özünə sayt açıb uydurma və ya özünün şərhləri ilə başqalarının xəbərlərini yaya bilir. Yəni, bu saytlarda nə cür istəsələr xəbər, foto və video yerləşdirmək mümkündür. Bu da dezinformasiya siyasətinin bir hissəsidir. Çünki belə adamlar məsuliyyətdən qaçırlar.

“Hoy Los-Angeles” qəzetinin baş redaktoru Alexandro Masiel rəhbəri olduğu nəşrin obyektiv xəbərlərin istehsalı və yayılması ilə bağlı təcrübəsini bölüşüb. O qeyd edib ki, ABŞ-da qeyri-düzgün informasiyaların yayılması hallarına tez-tez rast gəlinir. Biz gündəlik fəaliyyətimizdə etibarlı mənbələrə istinad etməyə, mütəmadi olaraq mətbuat mərkəzləri ilə əlaqədə işləyərək dəqiqləşdirmələr aparmağa üstünlük veririk. Əks təqdirdə, ehtiyatsızlıqdan da həqiqəti əks etdirməyən informasiyaların yayılması halları qaçılmaz olar.

Sonra Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidovun moderatorluğu ilə sessiyanın ikinci hissəsi keçirilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib ki, müasir dövrdə yalan informasiyanın geniş yayılmasının əsas səbəblərindən biri də hədsiz imkanlara malik texnologiyalardır. “Daha doğrusu, hədsiz imkanlara malik bu texnologiyalardan, eləcə də sayını, bəlkə də heç kəsin dəqiq bilmədiyi KİV-lərdən, xəbər portallarından, sosial şəbəkələrdən müxtəlif məqsədlər və maraqlar üçün istifadə olunmasıdır”, - deyə İdarə Heyətinin sədri bildirib. Qeyd olunub ki, klassik jurnalistika xəbər istehsalçıları qarşısında üç əsas tələb qoyur: dəqiqlik, obyektivlik və qərəzsizlik. İndi isə meyarlar itir, unudulur, artıq çoxları bunun heç fərqində də deyillər. Müasir mediada anonim mənbələrə istinadların xeyli çoxaldığını vurğulayan A.Aslanov deyib: “Mən öz praktikamızdan çıxış edib deyə bilərəm ki, AZƏRTAC heç vaxt anonim mənbəyə istinadla xəbər yaymır. Buna görə də xəbərlərimiz heç vaxt təkzib olunmur və pis vəziyyətdə qalmırıq”.

Aslan Aslanov qeyd edib ki, yanlış məlumatlandırma siyasəti xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, insanları vuruşdurmaq, çaşqınlıq, vahimə, nifrət kimi məkrli niyyətlər üzərində qurulur. Yalan informasiya müəyyən qüvvələrə sərf edən fikir formalaşdırmaq məqsədi daşıyır. Çaşdırıcı məlumatlar daha geniş, daha sürətlə yayılır ki, bu da narahatlıq doğurmaya bilməz. Feyk xəbərlərin qarşısının alınmasının vacibliyindən danışan İdarə Heyətinin sədri deyib ki, yalan məlumatların təsirini azaltmaq üçün internet istifadəçilərində belə informasiyaların yayılma mexanizmləri, onları yayanların niyyətləri barədə təsəvvürlər formalaşdırmağa böyük ehtiyac var. Buna ali məktəblərdə, xüsusi seminarlarda, forumlarda və digər məlumatlandırıcı tədbirlərdə nail olmaq mümkündür. Bu yolla təxribat xarakterli məlumatların qarşısını almaq, onların təsirlərini minimuma endirmək olar.

Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyar çıxış edərək bildirib ki, işçi sessiyanın mövzusu çox geniş və əhatəlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vura bilər. Biz xəbərləri mütləq analiz etməli, onların dəqiqliyini araşdırmalıyıq. Bilirsiniz ki, dezinformasiya siyasətini bəzi dövlətlər kiçik dövlətlərə qarşı həyata keçirir. Bunun məqsədi həmin dövlətlərdə qarışıqlıq salmaq və yaxud da onların siyasi rejimlərini devirmək olub. Bu təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanmalıdır. BMT dezinformasiya siyasətini qadağan edən qərarlar qəbul etməlidir və bu qərarlara əməl olunmalıdır.

Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasniqi vurğulayıb ki, müasir dünyada yanlış xəbərlər böyük uğurlar qazanan demokratik dövlətlər üçün ciddi təhdidə çevrilib. Yanlış xəbərlərin qloballaşması və onlardan kommersiya məqsədilə istifadə çox təhlükəli məsələdir. İnsanları birləşdirə, onlar arasında anlaşmanı yarada biləcək məsələlər yanlış xəbərlər vasitəsilə xaos alətinə çevrilir. Bu gün elə şirkətlər var ki, onlar yanlış xəbərlərdən siyasi kampaniyalar və digər işlərdə alət kimi istifadə edirlər. Şübhəsiz, yanlış xəbərləri yayanlar çox hiyləgər insanlardır. Onlar hüquqlardan və azadlıqdan müdafiə üsulu kimi məharətlə istifadə edirlər. Ona görə də yanlış xəbərlərin yayılmasına qarşı qlobal mübarizə aparmaq lazımdır. Bu mübarizəyə hər birimiz qoşulmalıyıq.

Livan Milli Xəbər Agentliyinin (NNA) baş direktoru Laura Süleyman bildirib ki, dezinformasiya həmişə mövcud olub. Bu, heç də yeni məfhum deyil. Yanlış və ya açıq şəkildə yönləndirilən informasiyalarla ictimaiyyətin məlumatlandırılması müharibələr zamanı düşməni, eləcə də, sadə vətəndaşı manipulyasiya etmək üçün istifadə edilir. Feyk xəbərlər, əsl sosial bəladır və onların qarşısı alınmalıdır. Dezinformasiya istehsalçılarını tərksilah etməyin ən yaxşı yolu onların metodlarını hərtərəfli bilməkdir. Bu, bizə onların bunu etməyə cəhd göstərdikləri zaman işin əsasında nəyin dayandığını dəqiqləşdirməyə imkan verər.

Market Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq əlaqələr üzrə mütəxəssis Piter Teys Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycana qarşı aparılan informasiya müharibəsi barədə danışıb. O, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni qəsbkarları tərəfindən talan edildiyini, mədəni və tarixi abidələrin dağıdıldığını deyib. Piter Teys Dağlıq Qarabağ münaqişəsi zamanı minlərlə azərbaycanlı qoca, qadın və uşağın qətlə yetirildiyini vurğulayıb, bütün bunların daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirib.

Ermənilərin törətdiyi Xocalı soyqırımını nə qədər gizlətməyə çalışsalar da buna nail ola bilmədiklərini deyən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev həmin hadisələr zamanı onlarla xarici mətbuatın bu barədə geniş məlumatlar yaydığını söyləyib. O, indiki dövrdə ermənilərin Xocalı ilə bağlı yalanlarını ifşa edən yüzlərlə sənədin mediada açıqlandığını, artıq bir çox ölkələrdə bu faciənin soyqırımı kimi qəbul olunduğunu diqqətə çatdırıb.

Türkiyənin Anadolu Agentliyinin layihə meneceri Elife Çekem feyk xəbərləri çox təhlükəli fenomen adlandırıb. Buna görə də media çox ehtiyatlı olmalıdır. Bu cür xəbərlər insanlar arasında təşviş və xaos yarada bilər. Xəbər agentlikləri dünyanın hər yerindən məlumatları anında əldə edir və yayır. Buna görə də hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. Media indi daha məsuliyyətli olmalı, insan haqlarını və etik qaydaları nəzərə almalıdır. Xəbər agentliyi mənfi xəbərlərin yayılmasına yol verməməlidir.

Bununla da “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya öz işini başa çatdırıb.

 

Humanitar Forum çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilib YENİLƏNİB 3 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq