ELM VƏ TƏHSİL


Humanitar Kollecdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş konsert keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.

Konsertdə görkəmli dövlət xadimi Heydər Əliyevin sevdiyi musiqi nümunələri kollecin orkestri, xoru, müəllim və tələbə heyəti tərəfindən səsləndirilib. Tədbirdə, həmçinin kollecin tələbələrinin hazırladığı Azərbaycana və Ulu Öndərə həsr olunmuş rəsm əsərləri nümayiş edilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Xalq artistləri Zamiq Əliyev, Simarə İmanova və digər qonaqlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.