ELM VƏ TƏHSİL
Humanitar Kollecin boş qalan yerlərinə ən yüksək keçid balı sosial iş ixtisası üzrə olub
Bakı, 8 oktyabr, AZƏRTAC
2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə ən yüksək keçid balı sosial iş ixtisası üzrə 106.8 bal olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında məlumat verilib. Bildirilib ki, Humanitar Kollecdə ən aşağı keçid balı isə ödənişli əsaslarla instrumental ifaçılıq (fortepiano, violin, gitara, tar, kamança) və vokal sənəti (xanəndəlik) ixtisaslarına 40 bal olub.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında ADMİU-nun nəzdində Humanitar Kollecə dövlət sifarişi və ödənişli əsaslarla 9 ixtisas üzrə qəbul aparılıb.