ELM VƏ TƏHSİL


Humanitar elmlər üzrə 114 dissertasiya mövzusu müzakirə edilib

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Humanitar elmlər üzrə problem şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İsa Həbibbəyli açaraq şuranın fəaliyyəti barədə məlumat verib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Akademik İ.Həbibbəyli problem şurasına ayrı-ayrı ixtisaslar üzrə çoxsaylı müraciətlərin daxil olduğunu, iclasda müzakirəyə çıxarılacaq dissertasiya mövzularını diqqətə çatdırıb. Qeyd olunub ki, iclasda 114 mövzuya baxılacaq.

Şuranın elmi katibi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva 36 elmlər və 78 fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib. Aparılan müzakirələrdə problem şurasının üzvləri fəal iştirak ediblər.

Sonda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.