REGİONLAR


Humay Bayramova: Göz xəstəliklərinin öncədən müalicə edilməsi korluğun qarşısını alır

Şəki, 14 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 2005-ci ildən indiyədək respublikamızın şəhər və rayonlarında 165 aksiya keçirib. Bu aksiyalar zamanı 28 minə yaxın vətəndaşın gözü müayinə və müalicə olunub, 3 minə yaxın əməliyyat icra edilib. Bu əməliyyatlar əsasən, katarakta xəstəliyi ilə bağlı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Humay Bayramova məlumat verib.

Həkim bildirib ki, “Görmə-2020” proqramı çərçivəsində Milli Oftalmologiya Mərkəzi tərəfindən davamlı olaraq respublikanın regionlarında, ucqar şəhər və rayonlarda, kəndlərdə təşkil edilən bu humanitar aksiyaların əsas məqsədi erkən diaqnostika və müayinələr aparmaqla korluğa səbəb olan göz xəstəliklərini öncədən müəyyənləşdirib müalicə etmək, korluğun qarşısını almaqdır.

Humay Bayramovanın məlumatına görə, hazırda dünyada 191 milyondan çox insan görmə zəifliyindən, o cümlədən 78 milyon insan korluqdan əziyyət çəkir.

Həkim-oftalmoloq belə aksiyaların davamlı olacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.