İDMAN


Hündürlüyə tullanma növündə Belarus atleti Yahor Huptar fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da "EYOF 2019"un atletika yarışlarının beşinci günündə qızlar arasında nizəatma və oğlanlar arasında hündürlüyə tullanma növü üzrə qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarışların beşinci günündə oğlanlar arasında hündürlüyə tullanma növündə Belarus atleti Yahor Huptar fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paul Metayer (Fransa) gümüş, Roman Petruk (Ukrayna) isə bürünc medalla kifayətləniblər.

Nizəatma yarışında isə qızlardan qızıl medala Polşa təmsilçisi Qabriela Andrukonis sahib olub. Finlandiyalı Vivian Suominen gümüş, türkiyəli Esra Türkmən isə bürünc medala yiyələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.