CƏMİYYƏT


Hüquq fakültələrinin tələbələri arasında milli məhkəmə müsabiqəsinin növbəti mərhələsi keçirilib

Bakı, 7 mart, AZƏRTAC 

Bakı Apellyasiya Məhkəməsində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycan nümayəndəliyinin (ELSA-Azərbaycan) və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə VIII milli məhkəmə müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, kollegiyanın 100 illiyinə həsr olunmuş müsabiqənin dörddəbir mərhələsindən uğurla keçmiş komandalar inzibati iş üzrə prosesdə iştirak ediblər. Proses iştirakçılarının çıxışı Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmira Nağıyeva, Həmid Həmidov və Vüsalə Baxışeva tərəfindən qiymətləndirilib.

Müsabiqənin növbəti - final mərhələsi martın 10-da Azərbaycan Respublikasının Ali Məhkəməsində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.