SİYASƏT


Hüquq müdafiəçisi: İran əvvəlcə özünün kütləvi informasiya vasitələrinə nəzər salmalıdır

Hüquq müdafiəçisi: İran əvvəlcə özünün kütləvi informasiya vasitələrinə nəzər salmalıdır

Bakı, 2 aprel, AZƏRTAC

Nota diplomatik müraciət formasıdır və müxtəlif növləri var. İran İslam Respublikasının mətbuat üzərindən və yaxud informasiya vasitələri ilə göndərdiyi nota əslində diplomatik qaydalara heç uyğun deyil. Amma bütün bunlara baxmayaraq, əsas notanın məzmunudur ki, bu da həddən artıq ziddiyyətlidir. İran kütləvi informasiya vasitələrində rəsmi şəxslərə istinadla Azərbaycan dövlətinə qarşı hədələr irəli sürür. Dövlətimizin ərazi bütövlüyünə xələl gətirəcək açıqlamalar, eyni zamanda, daxili işlərinə qarışmağa cəhdlərlə bağlı açıqlamalar verilir. İran İslam Respublikası qonşu dövlət olaraq əvvəlcə özünün kütləvi informasiya vasitələrinə nəzər salmalıdır.

Bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov AZƏRTAC–a açıqlamasında söyləyib.

İranda kütləvi informasiya vasitələrinin tamamilə dövlətin nəzarətində olduğunu bildirən hüquq müdafiəçisi deyib: “Dövlət rəsmilərinin açıqlamalarına məhdudiyyət qoyulmalıdır. Azərbaycan mediası çoxşaxəlidir. Kütləvi informasiya vasitələrinin tam əksəriyyəti hüquqi və fiziki şəxslərdir ki, onlar dövlət orqanlarını heç cür təmsil etmir. Bəziləri, ümumiyyətlə heç Azərbaycan üzərindən yayımlanmır. Azərbaycan dövlətinin rəsmi şəxsləri İranın rəsmi şəxslərindən fərqli olaraq nə hətta etiraz açıqlamalarında da fikirlərini diplomatik etika çərçivəsində bildirirlər. İranın Müdafiə Nazirliyinin və digər rəsmi şəxslərinin açıqlamaları isə diplomatik etika çərçivələrindən kənara çıxır. Ona görə də İran öz qonşuları ilə münasibətlərini normallaşdırmaq istəyirsə, birinci növbədə bu ritorikadan əl çəkməlidir. İkincisi, Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktını ciddi şəkildə araşdırıb, Azərbaycana ağlabatan şəkildə cavab verməlidir, üçüncüsü isə digər münasibətlərin tənzimləməsinə cəhd etməlidir”.

Azərbaycanın qonşu İranla həmişə xoş münasibətlərin olmasına çalışdığını qeyd edən S.Məmmədov deyib: “Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı verdiyi mesaj kifayət qədər aydın idi. İranın o vaxta qədər də, hətta Vətən müharibəsi dövründə Azərbaycana qarşı, onun ərazi bütövlüyünə qarşı hərəkətlərinə, ölkəmizin mədəni və dini abidələrinin dağıdılmasında, bərpa olunaraq farslaşdırılmasında iştirak etməsinə baxmayaraq, dövlətimizin başçısı xoşməramlı mesaj vermişdi. Fikrimcə, İran dövləti bundan nəticə çıxarmalı və münasibətləri yaxşılaşdırmaq istiqamətində doğru addımlar atmalı idi. Hələ də gec deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.