CƏMİYYƏT


Hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Qusar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, lakin cavab tədbiri olaraq xidməti silahdan istifadə edilərək zərərsizləşdirilib.

Cəsədin üzərinə baxış keçirilən zaman bir “Makarov” tipli tapança aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.