ELM VƏ TƏHSİL


Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bakı, 19 may, AZƏRTAC

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Nizamnaməyə əsasən mərkəz normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli dövlət proqramlarının layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılmasında, hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak edəcək. Normayaratma fəaliyyətinin effektivliyinin artırılması məqsədilə mövcud normativ hüquqi bazanın monitorinqinin aparılması, normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsinin aparılması istiqamətində fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və ya dövlət orqanlarının (qurumlarının) sifarişi əsasında hüquqi islahatlar aparılmasına dair təkliflər verəcək. Hüquqi maarifləndirmə sahəsində tədbirlər görəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb və Mərkəzin Nizamnaməsi təsdiq edilib. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.