İQTİSADİYYAT


Hüquqi şəxsin təsisçisinin sahibkarlıq fəaliyyəti ilə bağlı məhdudiyyəti yoxdur

Bakı, 6 avqust, AZƏRTAC 

Hüquqi şəxsin təsisçisi fiziki şəxs kimi vergiödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Həmçinin qeyd olunub ki, hər hansı hüquqi şəxsin təsisçisinin, eyni zamanda, fərdi sahibkar kimi vergi orqanında uçota alınmasına və sahibkarlıq fəaliyyəti həyata keçirməsinə məhdudiyyət nəzərdə tutulmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.