İQTİSADİYYAT


Hüquqi şəxslər əhaliyə 2,7 milyard manatlıq xidmət göstərib

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 3 milyard 535,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 690,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 76,1 faizini təşkil edib.

Altı ayda hər bir ölkə sakini orta hesabla 353,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 17,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.