İQTİSADİYYAT


Hüquqi şəxslərə xidmət göstərən fərdi sahibkarın sosial sığorta və vergi öhdəliyi

Bakı, 9 dekabr, AZƏRTAC 

Sumqayıtda qeydiyyatda olan fərdi sahibkar Bakıda hüquqi şəxslərə xidmət göstərdiyi halda nə qədər sosial sığorta və vergi ödəməlidir?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən, fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərən şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. O da nəzərə alınmalıdır ki, mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Həmçinin tikinti və ticarət istisna olmaqla digər sahələrdə fəaliyyət göstərən şəxslər fəaliyyət göstərdikləri ay üçün məcburi dövlət sosial sığorta haqqı ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 20 faizi məbləğinin Sumqayıt şəhərində 90 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.