Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675; № 8, maddə 1017, № 11, maddələr 1323, 1335) aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə edilsin:

“13.3-1. Kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.”.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2021-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin