REGİONLAR


Hüquqi və fiziki şəxslərə 119 milyon manatdan çox kreditlər verilib

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 119 milyon 399 min 400 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 1,5 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, verilmiş kreditlərin 13 milyon 879 min 100 manatı və yaxud 11,6 faizi qısamüddətli, 105 milyon 520 min 300 manatı və yaxud 88,4 faizi isə uzunmüddətli kreditlər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.