CƏMİYYƏT
Hüquqşünasların Beynəlxalq Komissiyası Azərbaycanda vəkilliyin inkişafında maraqlıdır
Bakı, 14 noyabr, AZƏRTAC
Hüquqşünasların Beynəlxalq Komissiyasının (ICJ) baş katibi Saman Zarifinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-də Vəkillər Kollegiyasının Rəyasət Heyətində olub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqlara son dövrdə kollegiya tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verilib.
A.Bağırov noyabrın 15-16-da Bakıda keçiriləcək “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda kollegiyanın və Avropa Şurası ilə birgə reallaşdırılacaq konfransın təşkilində dəstək verdiklərinə görə qurumun rəhbərliyinə təşəkkürünü bildirib.
Qonaq ICJ-nin Azərbaycanda vəkilliyin daha da inkişaf etdirilməsində və bu sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib, qurumun fəaliyyəti barədə məlumat verib.
Görüşdə ICJ-nin əməkdaşları Ruaşin Pillay, Teymur Şakirov və Ülviyyə Həsənova da iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]