MƏDƏNİYYƏT


Hürriyyətçi və millətçi şair...

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 272 nömrəli tam orta məktəbdə Azərbaycan şairi Abbas Səhhətin anadan olmasının 85 illiyi ilə əlaqədar “Hürriyyətçi və millətçi şair” adlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verilib. Bildirilib ki, 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açan Abbas Səhhət 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirib. Rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən yaradıcılığa başlayıb və artıq 1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub.1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görüb. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub. Həmin dövrdə Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi çıxış edib.

Tədbirin keçirilməsində məqsəd şagirdləri Azərbaycan şair və yazıçıları ilə tanış etmək və onları sevdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.