QAN YADDAŞI


Hüseyn Aksoy: Türk gəncliyi Xocalı soyqırımı barədə daha çox məlumatlandırılmalıdır

Bakı, 2 mart, AZƏRTAC

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan silsilə tədbirlər göstərdi ki, qardaş Azərbaycan xalqına qarşı törədilən faciələr Türkiyədə heç vaxt unudulmur və bağışlanmır. Bu tədbirlərin keçirilməsində məqsəd hər bir türk vətəndaşının yaddaşında Xocalı soyqırımı ilə bağlı həqiqətlərin qorunub saxlanmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli şəhər valisi Hüseyn Aksoy bildirib.

Vali qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı tədbirlər il boyu davam etdiriləcək. Türk gəncliyi heç zaman bu soyqırımını və düşmənlərini unutmamalıdır.

Hüseyn Aksoy vurğulayıb ki, Türkiyə və Azərbaycan qardaşlığı qədim tarixə malikdir. Bu qardaşlıq gələcəkdə daha da möhkəmlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.