SİYASƏT


Hüseyn Əmir Abdullahian: Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir

Tehran, 19 may, AZƏRTAC

Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə deyib. O bildirib ki, yüksək dövlət nümayəndələrinin qarşılıqlı səfərləri hər iki ölkə prezidentinin əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını göstərir.

Nazir qeyd edib ki, iki dövlət arasındakı ticarət dövriyyəsinin artması, Türkmənistan qazının İran ərazisindən tranzit keçərək Azərbaycana çatdırılması, eləcə də nəqliyyat və enerji sahəsindəki əməkdaşlıq daha dərin iqtisadi əlaqələrin qurulmasına zəmin yaradır. Postpandemiya dövründə iki ölkənin sərhədyanı regionları arasında qarşılıqlı əlaqələrin və gediş-gəlişin asanlaşdırılması da əhəmiyyətlidir. Bu, hər iki ölkənin regionlarının sosial-iqtisadi inkişafı üçün mühüm xarakter daşıyır.

H.Ə.Abdullahian iki qonşu və dost dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edib və nəzərə çatdırıb ki, həm İranın, həm də Azərbaycan Respublikasının daha yaxın iqtisadi əlaqələr qurması üçün böyük potensialları var. Bu potensialdan istifadə etmək lazımdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.