ELM VƏ TƏHSİL
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) böyük şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.
Böyük sənətkar Hüseyn Cavidin yaradıcılığından söz açan prorektor onun ədəbiyyata dəyərli əsərlər (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) bəxş etdiyini bildirib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.
Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov böyük şair Hüseyn Cavidin ədəbi irsinin əhəmiyyətindən bəhs edib, onun Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyduğunu vurğulayıb.
Sonra tələbələr şairin əsərlərindən parçalar söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]