ELM VƏ TƏHSİL


“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

Bakı, 14 sentyabr, AZƏRTAC

Oktyabrın 24-də AMEA-nın Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı ilə böyük dramaturq və şairin anadan olmasının 138 illiyinə həsr edilən “Hüseyn Cavid əbədiyyəti” mövzusunda Respublika onlayn elmi konfransı keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 20-dək məruzələrinin tam mətnlərini [email protected]  elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblərlə Hüseyn Cavidin ev-muzeyinin saytında tanış olmaq mümkündür.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur. Əlavə məlumatı (+994 12) 492 06 57 telefon nömrəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.