ELM VƏ TƏHSİL


Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub

Bakı, 16 noyabr, AZƏRTAC

Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Hüseyn Cavidin ev-muzeyi tərəfindən pyesin ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi münasibətilə hazırlanıb.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, nəşrin tərtibçisi Hüseyn Cavidin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır. O, ön sözdə vurğulayıb ki, 1928-1929-cu illərdə qələmə alınan “Knyaz” faciəsi Hüseyn Cavid dramaturgiyasında yeni dövrün başlanğıcıdır. Mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülən beşpərdəli pyes Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatın təntənəsi motivinin yeni şəraitdə canlandırılmasına xidmət edir. Yeni dövrü və mühiti təsvir edən bu əsər ilk dəfə 90 il öncə, 1930-cu ildə Türk Bədaye Teatrında (Azərbaycan Dövlət Akademik Dram Teatrında) tamaşaya qoyulub, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Rza Əfqanlı, Rza Təhmasib, Sona Hacıyeva kimi məşhur aktyorlar səhnə əsərində rol alıb.

Qeyd edək ki, nəşrin redaktoru Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, cildin tərtibçisi isə həmin müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.